Tehran neft anbarlarını şəhərdən çıxarır - Hücumdan sonra təcili qərar
Tehran Şəhər Şurası paytaxtın şimal-qərbində yerləşən Şahran ərazisindəki neft anbarlarının köçürülməsi ilə bağlı layihəni sürətləndirilmiş qaydada təsdiqləyib.
TodayPress TV xəbər verir ki, qərarın qəbuluna səbəb son hücumlar zamanı neft anbarının dağıdılması olub. Dağılan anbardan yayılan yanacaq və yanğın yağış suları üçün nəzərdə tutulan kanallara keçərək ətraf ərazilərə də ziyan vurub.
Qərara əsasən, Tehran meriyası ilə İranın Neft Nazirliyi üç ay ərzində neft anbarlarının yerləşdirilməsi və boru kəmərlərinin köçürülməsi üçün yeni ərazi müəyyən etməlidir. Yeni obyektlərin yaşayış məntəqələrindən kənarda yerləşdirilməsi planlaşdırılır.
Kübra Musayeva