TƏCİLİ: Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu - VİDEO
Rusiya ordusu Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mərkəzi binasına dron zərbəsi endirib.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" platformasında açıqlayıb.
Zelenskinin sözlərinə görə, hücumun əsas hədəfi UTX rəhbəri Aleksandr Pokladın ofisi olub.
Prezident bildirib ki, hadisə ilə bağlı Pokladla danışıb və ona Rusiyanın hücumuna adekvat, mümkün olduğu halda isə “güzgü effekti” ilə cavab verilməsi barədə göstəriş verib.
Ukrayna lideri qeyd edib ki, Kiyev bu cavabı dəstəkləyəcək. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşlarının çalışdığı və zərərçəkənlərə tibbi yardım göstərildiyi bildirilib.
Qeyd olunur ki, hücum zamanı Aleksandr Poklad binada olmayıb.
Rusiya tərəfi hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Jalə Rövşən