"Taurus" Ukraynaya nə vaxt veriləcək?

"Taurus" Ukraynaya nə vaxt veriləcək?
29.05.2025 11:21 Dünya

Almaniya kansleri Fridrix Merts “Taurus” qanadlı raketlərinin Ukraynaya ötürülməsinin mümkün olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, onun sözlərini "ZDF Heute" yayımlayıb.

“Əlbəttə, bu, tamamilə mümkündür. Həmişə demişik ki, bu raketlər üçün Ukrayna əsgərlərinin aylarla təlim keçməsi tələb olunur”.

Berlində Mertslə görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib ki, Kiyev və Berlin “Taurus” raketlərinin tədarükü üzərində işləyir.

O, təfərrüatları açıqlamasa da, Mertsə söz verdiyini və buna sadiq qaldığını qeyd edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər