Tailand və Kamboca danışıqlara başladı

Tailand və Kamboca danışıqlara başladı
28.07.2025 11:58 Dünya

Malayziyada Tailandın Baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçai ilə Kambocanın Baş naziri Hun Manet arasında sərhəd münaqişəsinin həlli ilə bağlı danışıqlar başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bernama" agentliyi məlumat yayıb.

Görüş Malayziyanın Putracaya şəhərində keçirilir. Tərəflər Tailand–Kamboca sərhədindəki ərazi mübahisəsinin sülh yolu ilə həllini müzakirə edirlər.

Qeyd edək ki, Tailand və Kamboca arasında sərhəd münaqişəsinin tarixi uzun illərə dayanır və xüsusilə Preah Vihear məbədi ətrafındakı ərazi zaman-zaman gərginliklərə səbəb olub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər