"Starbucks" iflas edir? Yüzlərlə kafe üçün təcili qərar verildi!

"Starbucks" iflas edir? Yüzlərlə kafe üçün təcili qərar verildi!
24.09.2026 23:18 Dünya

ABŞ-nin “Starbucks” qəhvə şəbəkəsi Şimali Amerikada 250-yə yaxın kafesini bağlayacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin əməliyyatlar üzrə direktoru Mayk Qrems məlumat verib.

Onun sözlərinə görə, Şimali Amerikadakı kafelər diqqətlə qiymətləndirilib, müştərilərə və əməkdaşlara istənilən xidmət səviyyəsini davamlı şəkildə təqdim edə bilməyən, yaxud qənaətbəxş maliyyə göstəricilərinə nail olmaq imkanının olmadığı məkanlar müəyyənləşdirilib.

Bu çərçivədə həftənin sonuna qədər təxminən 250 kafenin bağlanacağı bildirilib. Bu rəqəm Şimali Amerikadakı 18 mindən çox “Starbucks” qəhvəxanasının təxminən 1 faizinə bərabərdir.

Şirkət bildirib ki, portfelin idarə olunması çərçivəsində hər il bəzi kafelər bağlanır, digərləri isə fəaliyyətə başlayır. Bununla yanaşı, “Starbucks” Şimali Amerikada böyümə strategiyasını davam etdirəcəyini açıqlayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 SENTYABR 2026
Bütün Xəbərlər