Razılaşma var, tərəf yoxdur: Zelenski “Patriot”u kimdən alacağını demir
Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemləri üçün yeni raket partiyasının tədarükü ilə bağlı razılığa gəlib.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, razılaşma bu gün əldə olunub. O, razılaşmanın hansı tərəflə bağlandığını açıqlamayıb.
“Patriot” sistemləri üçün raketlərlə bağlı paketin Ukrayna üçün mühüm qərar olduğunu vurğulayan Zelenski tədarükün detalları barədə əlavə məlumat verməyib.
Kübra Musayeva