İrandan ABŞ-yə “retro” XƏBƏRDARLIQ!
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin iqtisadi vəziyyəti ilə bağlı paylaşım edərək Vaşinqtona mesaj göndərib.
TodayPress TV xəbər verir ki, Qalibaf ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 5,1 faizə çatmasına istehza ilə yanaşıb.
“ABŞ-nin 10 illik istiqrazlarının gəlirliliyinin 5,1 faizə çatması münasibətilə sizi təbrik edirəm. Maşallah. Bayram edin: bu, iki il sonrakı dövr üçün yalnız aşağı həddir.
İranı yenidən 1970-ci illərə qaytarmaq istəyirdiniz? Heç kim sizə deməyib ki, İran özündənrazı həvəskarlar üçün yer deyil?
Biz sizi 1970-ci illərin faiz dərəcələrinə, üstəlik yüksək benzin qiymətlərinə, dizel yanacağı qıtlığına və balaqlı şalvarlara qaytaracağıq. Nostaljidən zövq alın!” – deyə Qalibaf yazıb.
Kübra Musayeva