Seçki başlamamış “nəticə” hazır imiş - Sensasion İDDİA

Seçki başlamamış “nəticə” hazır imiş - Sensasion İDDİA
24.09.2026 22:42 Dünya

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Avropa İttifaqını Rusiyada keçirilən Dövlət Dumasına seçkilərə müdaxilə etməkdə ittiham edib.

TodayPress TV-nin məlumatına görə, Narışkin bildirib ki, Aİ-də seçkilər başlamazdan əvvəl onların nəticələrini mənfi qiymətləndirən sənəd hazırlanıb.

“Müdaxilənin olduğunu qeyd etmişdik. Həmin Aİ komissiyasında seçkilərin pis keçirildiyini elan etmək üçün əvvəlcədən, belə demək mümkündürsə, bir sənəd hazırlamışdılar”, – deyə kəşfiyyat rəhbəri bildirib.

Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-20-də keçirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər