Vaşinqton əmr etdi, Əbu-Dabi icra etdi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran aviaşirkətlərinin ölkəyə və ölkədən həyata keçirdiyi uçuşların sentyabrın 24-dən etibarən növbəti xəbərdarlığadək dayandırıldığını elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi "WAM" xəbər agentliyi məlumat yayıb.
BƏƏ Mülki Aviasiya Baş İdarəsindən edilən açıqlamada İran aviaşirkətlərinin ölkəyə və ölkədən həyata keçirdiyi reyslərin dayandırıldığı bildirilib.
Bəyanatda qərarın ABŞ-nin İran aviaşirkətlərinin dünyanın müxtəlif ölkələrindəki hava limanlarından istifadə etməsinə qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində qəbul edildiyi qeyd olunub.
Mülki Aviasiya Baş İdarəsi iki ölkə arasında hava əlaqəsi normala dönənədək proseslərlə bağlı aidiyyəti qurumların və ictimaiyyətin məlumatlandırılmasının davam etdiriləcəyini bildirib.
Aysel Mətləb