Netanyahu BMT kürsüsündə od püskürdü: “Ayıb olsun sizə!”

Netanyahu BMT kürsüsündə od püskürdü: “Ayıb olsun sizə!”
24.09.2026 23:58 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin soyqırım törətməsi ilə bağlı ittihamları rədd edib.

TodayPress TV-nin məlumatına görə, Netanyahu bildirib ki, İsrail heç kimə qarşı soyqırım törətməyib və əksinə, soyqırımın qarşısını alıb.

“İsrail heç kimə qarşı soyqırım törətməyib. Əksinə, İsrail soyqırımın qarşısını aldı. Bu, soyqırımdırmı? Əlbəttə ki, yox. Bu, soyqırımın tam əksidir”, – Netanyahu deyib.

O, İsrail və ölkə əsgərləri haqqında “yalanlar yayanları” da sərt tənqid edib.

“Faktları təhrif etdiyiniz üçün ayıb olsun. Qurbanı və təcavüzkarı təhrif etdiyiniz üçün ayıb olsun. Həqiqətin üzünə tüpürdüyünüz üçün ayıb olsun!” – deyə Netanyahu bildirib.

Netanyahu bu fikirləri həm BMT Baş Assambleyasındakı çıxışına, həm də Nyu-Yorkdakı şəxslərə yönəldib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 SENTYABR 2026
Bütün Xəbərlər