Somalidə hərbi helikopter qəzaya uğradı

Dünya

02.07.2025 17:43

Somalidə Afrika İttifaqının Dəstək və Sabitləşdirmə Missiyasına xidmət edən Uqandaya məxsus hərbi helikopter Aden Adde Beynəlxalq Hava Limanına eniş zamanı qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Uqanda ordusunun rəsmi nümayəndəsinin verdiyi məlumata görə, helikopterdə 8 nəfər olub. Onlardan 3-ü sağ xilas edilib, digər 5 nəfərin taleyi isə hələlik naməlum olaraq qalır.

Qəzadan sonra başlayan yanğının tam söndürülməsindən sonra itkinlərin vəziyyəti ilə bağlı dəqiq məlumat veriləcəyi gözlənilir.

Qeyd edək ki, Afrika Birliyinin Somalidəki Dəstək və Sabitləşdirmə Missiyası (ATMIS) Əl-Şəbab terror təşkilatı ilə mübarizə çərçivəsində bölgədə fəaliyyət göstərir. Missiyada 11 mindən çox hərbi və mülki personal xidmət edir.

Türkan İsgəndərli

tag: Somali,Afrika,Təyyarə,Qəza,Todaypress.tv,