KİV: İsrailin İrana hücumu Körfəz ölkələrini gözdən salıb

Dünya

19.06.2025 13:57

İsrailin İrana qarşı hərbi əməliyyata başlaması Fars körfəzinin ərəb ölkələri üçün gözlənilməz olub. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Onlar bu qərarın ABŞ ilə nüvə sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda verilməsinə təəccübləniblər.

Ərəb ölkələri İsrailin niyyətindən xəbərdar olduqlarını bildirsələr də, İsrail Baş naziri Benyamin Netanyahunun bu addımı atması onları şoka salıb. Onlar ABŞ prezidenti Donald Trampın Netanyahunu nəzarətdə saxlamaq gücünü artıq dərəcədə yüksək qiymətləndirdiklərini etiraf ediblər.

Qeyd olunub ki, ərəb ölkələri illərdir İranla gərginliyi azaltmağa, iqtisadi əlaqələri gücləndirməyə və Tehranı nüvə sazişi imzalamağa razı salmağa çalışıblar.

Lakin indi Körfəz ölkələri İranın cavab olaraq onların neft obyektlərini vuracağından və bölgədəki iqtisadi sabitliyi poza biləcəyindən narahatdırlar.

Türkan İsgəndərli

tag: İsrail,İran,Ərəb,Körfəz,Todaypress.tv,