Seul Lavrovdan Cənubi Koreya şirkətlərinin maraqlarını qorumağı xahiş etdi
Dünya
27.09.2025 12:36
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü zamanı Cənubi Koreya şirkətlərinin Rusiyada fəaliyyət göstərməsi üçün əlverişli şərait istəyib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Yonhap” Xəbər Agentliyi yayıb.
Ço Hyun və Sergey Lavrov arasında danışıqlar Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub. Cənubi Koreyanın xarici işlər naziri vurğuladı ki, Seul etimad və gərginliyi azaltmaqla sülh və sabitlik axtarır. O, həmçinin Moskvanı Şimali Koreya ilə hərbi əməkdaşlığı dayandırmağa çağırıb.
Bundan əvvəl Ço Hyun bəyan etmişdi ki, Cənubi Koreya hökuməti Cənubi Koreya şirkətlərinin maraqlarını qorumaq üçün Rusiya Federasiyası ilə əlaqələri davam etdirməyi planlaşdırır.
Orxan Saffari
tag: Seul,Lavrov,Maraq,Xaiş,Todaypress.tv,
