Modi: "Hindistan-Pakistan məsələsi ABŞ-siz həll olunub"

Dünya

18.06.2025 10:36

"Hindistan və Pakistan arasında may ayında baş verən dörd günlük münaqişədən sonra əldə olunan atəşkəs ABŞ-nin vasitəçiliyi olmadan iki ölkənin hərbi rəhbərliyi arasında birbaşa müzakirələrlə razılaşdırılıb".

TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi bildirib.

O qeyd edib ki, atəşkəs qərarı Hindistan və Pakistan hərbçilərinin danışıqları nəticəsində əldə olunub və bu prosesə xarici vasitəçilik daxil olmayıb.

Hindistanın xarici işlər naziri Vikram Misrinin sözlərinə görə, Baş nazir Modi Trampa bu müddət ərzində nə Hindistan-ABŞ ticarət razılaşması, nə də ABŞ-nin Hindistan və Pakistan arasında vasitəçiliyi barədə hər hansı bir müzakirənin aparılmadığını bildirib.

Xatırladaq ki, Donald Tramp iki nüvə silahlı ölkənin ABŞ-nin təşəbbüsü ilə aparılan danışıqlardan sonra atəşkəsə razılaşdığını və münaqişənin ticarətlə əvəzlənməsi çağırışı etdiyini açıqlayıb. 

Türkan İsgəndərli

tag: Hindistan,Pakistan,ABŞ,Münaqişə,Todaypress.tv,