Rusiya və ABŞ arasında yeni məhbus mübadiləsi gündəmdədir
Dünya
11.07.2025 09:16
Rusiya ilə ABŞ arasında yaxın gələcəkdə yeni məhbus mübadiləsinin baş tuta biləcəyi istisna edilmir.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA”ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Diplomat bildirib ki, məsələ hələ də gündəmdədir. O əlavə edib ki, konkret şəxslərin adları və mübadilə sxemləri yalnız Moskva və Vaşinqton arasında razılaşma əldə olunandan sonra açıqlana bilər.
Ryabkovun sözlərinə görə, məsələ ilə bağlı iki ölkənin aidiyyəti xidmətləri arasında müvafiq əlaqə saxlanılır:
“Belə bir imkanın mövcudluğunu istisna etmirəm, lakin bunun nə zaman baş verə biləcəyini, hansı zaman çərçivəsində reallaşacağını demək çətindir. Burada çoxsaylı amillər, o cümlədən ümumi münasibətlər fonu rol oynayır”.
Qeyd edək ki, iyun ayında Rusiyanın ABŞ-dəki səfirliyi məlumat yayaraq bildirmişdi ki, hazırda bu ölkə həbsxanalarında 77 Rusiya vətəndaşı saxlanılır. Onların əksəriyyəti çirkli pulların yuyulması, ixrac qanunvericiliyinin pozulması, kiberdələduzluq kimi yüngül cinayətlərə görə mühakimə edilsə də, ağır maddələrlə cəza çəkənlər də var.
Qiymət Mahir
tag: Rusiya ,ABŞ,Sergey Ryabkov ,Mübadilə,Todaypress.tv,