"Saudi Aramco" yenidən husilərin hədəfi oldu
Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatının husiləri Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına və Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun obyektlərinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya iddia edib.
“Səudiyyə Ərəbistanı silahlı qüvvələri (husilər öz silahlı birləşmələrini belə adlandırırlar - red.) çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə altı hərbi əməliyyat keçirib”, – deyə bəyanatda bildirilib.
Üsyançıların nümayəndəsinin sözlərinə görə, ilk hədəflər Kral Xalid adına Beynəlxalq Hava Limanı, həmçinin Ər-Riyadda "Saudi Aramco" şirkətinə məxsus neft çənləri və avadanlıqlar olub. İkinci və üçüncü əməliyyatlar zamanı husilər şirkətin Xurays yatağı ərazisindəki obyektlərinə və Səudiyyə Ərəbistanının mərkəzi hissəsində yerləşən Əd-Davadimi şəhərindəki nasos stansiyasına hücum ediblər.
Aysel Mətləb