ABŞ İrana qarşı yeni işçi qrupu yaratdı - "Dəmir Qapı" əməliyyatı

ABŞ İrana qarşı yeni işçi qrupu yaratdı - "Dəmir Qapı" əməliyyatı
07.11.2026 20:45 Dünya

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün işçi qrupu yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri noyabrın 7-də İrandan qabaqcıl silahların və digər yüklərin daşınması üçün quru marşrutlarından istifadəsinin qarşısını almaq məqsədilə ABŞ hökumətinin səylərinə dəstək göstərəcək işçi qrupunun yaradılması barədə göstəriş verib”, – deyə qeyd olunub.

“Dəmir Qapı” (Iron Gate) adlandırılan əməliyyat qrupu Florida ştatında yerləşəcək və qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə daşınmasının qarşısını almaq, eləcə də qanunsuz gəlir əldəetmə kanallarını bağlamaq məqsədilə digər ABŞ qurumları ilə fəaliyyətini əlaqələndirəcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər