Premyer Liqa: "Zirə" "Qəbələ"ni məğlub etdi

Premyer Liqa: "Zirə" "Qəbələ"ni məğlub etdi
07.11.2026 20:24 İdman

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Davit Volkov, 89-cu dəqiqədə Kris Diqbeu fərqlənib. Qonaqlardan 14-cü dəqiqədə İsmael Akinade adını tabloya yazdırıb.

Qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Zirə" beşinci pillədə qərarlaşıb. "Qəbələ" 8 xalla onuncudur.

Günün ilk görüşündə "Araz-Naxçıvan" səfərdə "Şəfa" ilə heç-heçə edib - 2:2.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Premyer Liqasında XI tura sabah yekun vurulacaq.

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər