Krakovun Baş meydanında atışma: Ölən və yaralananlar var - VİDEO

Krakovun Baş meydanında atışma: Ölən və yaralananlar var - VİDEO
07.11.2026 20:06 Dünya

Polşanın Krakov şəhərinin Baş meydanında atışma baş verib, nəticədə beş nəfər ölüb.

TodayPress TV xəbər verir ki, nəticədə beş nəfər ölüb və yaralananlar var.

Atışma zamanı hərəkətdə olan avtomobildən bir kişi atəş açıb, təsadüfi insanları hədəf alıb. Yaralananlar arasında polis əməkdaşları da var. Atəş açan şəxs saxlanılıb, saxlanılarkən yaralanıb və xəstəxanaya çatdırılıb.

Polşanın Baş naziri Donald Tusk beş nəfərin ölümü ilə nəticələnən atışmanı terror aktı adlandırıb:

“Polis terror aktının motivlərini və şəraitini araşdırır”, – deyə Tusk vurğulayıb.

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər