Sanksiyaların kölgəsində "növqəvi" imkanlar... - Rusiya ABŞ ilə əməkdaşlığa hazırdır?
Moskva və Vaşinqton arasında iqtisadi sahədə əməkdaşlıq üçün ayrı-ayrı “nöqtəvi” imkanlar qalır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika departamentinin direktoru Aleksandr Qusarov “İnterfaks”a bildirib.
“Amerikalılarla birgə təşəbbüslərin həyata keçirilməsinə praqmatik açıqlığımızı qoruyuruq. Bu, yalnız özümüz üçün zəruri və sərfəli olduğu hallara aiddir”, – deyə o vurğulayıb.
Qusarovun sözlərinə görə, ABŞ-nin müxtəlif məhdudlaşdırıcı tədbirlərinə baxmayaraq, belə şəraitdə də iqtisadi sahədə ikitərəfli səylərin əlaqələndirilməsi üçün ayrı-ayrı, “nöqtəvi” imkanlar mövcuddur.
“Biz bu mövzunu heç vaxt siyasiləşdirməmişik”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru əlavə edib.
Aysel Mətləb