Rusiyadan miqrantlarla bağlı yeni qərar

Dünya

14.07.2025 09:45

Rusiya Dövlət Dumasında miqrantların ölkəyə giriş qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni qanun layihəsi təklif edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov məlumat verib.

O bildirib ki, Rusiyaya işləməyə gələn əcnəbilər ölkəyə daxil olarkən bir sıra tibbi sənədlər təqdim etməlidirlər. Qanun layihəsinə əsasən, miqrantlardan etibarlı tibbi sığorta, HİV, hepatit B və C, sifilis və vərəmə yoluxmama haqqında arayış, bədəndə narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələri tələb olunacaq.

Deputat qeyd edib ki, bu sənədlər olmadan əcnəbilərin Rusiya sərhədini keçməsinə icazə verilməyəcək.

Hazırda qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilib. Sənədin qəbul olunacağı halda, Rusiya miqrasiya siyasətində əhəmiyyətli dəyişikliklərin baş verəcəyi gözlənilir.

Türkan İsgəndərli

tag: Rusiya,Miqrant,Qanun,Xəstəlik,Todaypress.tv,