Kiyevdə həyəcan təbili: İki körpü qəzalıdır
Dünya
05.06.2025 12:43
“Ukrayna paytaxtı Kiyevdə Dnepr çayı üzərindən keçən beş körpüdən ikisi qəza vəziyyətindədir”.
TodayPress TV xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Qrişçuk “Telegram” kanalında məlumat verib.
Deputat körpülərin uzun müddətdir əsaslı təmir olunmadığını və bu səbəbdən dağılma riski daşıdığını qeyd edib.
“Hazırda Kiyevdəki körpülərin 15 faizi qəzalı vəziyyətdədir. Dnepr üzərindəki beş körpüdən ikisi tam qəza vəziyyətindədir – bu, həm istismar səviyyəsinin aşağı olması, həm də yaşlanma və təmirin olmaması ilə bağlıdır”, – deyə Qrişçuk bildirib.
O vurğulayıb ki, “Metro” körpüsü hələ 1990-cı illərdə qəzalı elan edilib, “Paton” körpüsü isə 2018-ci ildən bəri kritik vəziyyətdədir. Buna baxmayaraq, hər gün yüz minlərlə Kiyev sakini həmin körpülərdən istifadə edərək şəhərin sol sahilindən sağ sahilə keçir.
Deputat Kiyev meriyasını hərəkətsizlikdə ittiham edib və xəbərdarlıq edib ki, bu körpülər şəhərin kritik infrastrukturuna aiddir və onların təmiri təxirə salınmadan həyata keçirilməlidir.
Qiymət Mahir
tag: Kiyev,Deputat,Dnepr,Ukrayna,todaypress.tv,