Pakistan sentyabrın 1-dən əfqanları ölkədən çıxaracaq

Dünya

06.08.2025 11:29

Pakistan hökuməti sentyabrın 1-dən etibarən ölkədə qeydiyyatda olan və yaşayış icazəsi (PoR kartı) bitmiş əfqan vətəndaşlarının rəsmi deportasiyasına başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat yayıb.

Pakistan Daxili İşlər Nazirliyi artıq "PoR kart"ı olan əfqanların könüllü şəkildə geri qayıtması prosesini başladıb. Nazirliyin açıqlamasına görə, 2025-ci il iyunun 30-da müddəti başa çatan kartlara malik şəxslər avqust ayından etibarən ölkələrinə qaytarılacaq.

Pakistanın dövlət radiosu bildirib ki, əvvəlki qərara əsasən, bu şəxslərə iyunun 30-dək ölkədə qalmağa icazə verilmişdi. Lakin artıq bu müddət başa çatıb və 1,4 milyondan çox əfqan vətəndaşı geri dönüb.

BMT-nin məlumatına əsasən, hazırda Pakistan ərazisində təxminən 800 min əfqan vətəndaşı var ki, onların əllərində Əfqanıstan vətəndaşlığına dair sənədlər mövcuddur. Onlarla yanaşı, 1,3 milyon nəfər rəsmi şəkildə Pakistan hökumətində qeydiyyatdan keçmiş şəxs statusundadır və ayrıca yaşayış icazəsi alıblar.

Qiymət Mahir

tag: Pakistan,Əfqan,Deportasiya,Əfqanıstan,Todaypress.tv,