Zelenski: “Maliyyə çatışmazlığı artır”

Dünya

28.05.2025 15:20

2

Ukrayna prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərindən maliyyə və silah dəstəyi ilə bağlı çətinliklər yaşadıqlarını bildirib. Onun sözlərinə görə, Kiyev silah tədarükü üçün getdikcə daha çox vəsaiti özü ödəməli olur.

TodayPress TV xəbər verir ki, bu barədə “Strana.ua” portalı məlumat yayıb.

“Bu bizim üçün vacibdir. Bir sıra şeylər bizə açılır, amma onların alınması üçün maliyyə lazımdır – istər artilleriya mərmiləri, istər hava hücumundan müdafiə vasitələri, fərq etməz – hər şey üçün pul tələb olunur”, – deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, Ukrayna Müdafiə Nazirliyi daim digər ölkələrlə tədarükü artırmaq üçün danışıqlar aparır. Lakin son vaxtlar ölkəyə silah yalnız “ödənişli əsaslarla” təklif olunur.

Prezident qeyd edib ki, bu vəziyyət ölkənin müdafiə qabiliyyətini birbaşa təhdid edir və müharibənin gedişinə təsir göstərir.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski ,Qərb ,Kiyev,todaypress.tv,