Rusiyada körpü uçdu

Rusiyada körpü uçdu
21.07.2025 17:12 Dünya

Moskvaya yaxın İstra rayonunda güclü yağıntılar və su səviyyəsinin qalxması nəticəsində Pesoçnaya çayı üzərindəki körpü çöküb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a bölgənin operativ xidmətləri məlumat verib.

Qəza nəticəsində bir neçə yaşayış evi nəqliyyat əlaqəsindən tamamilə təcrid olunub. Eyni zamanda “Sısoyevo Park” kottec qəsəbəsinə və bağ sahələri ilə zəngin ərazilərə giriş çətinləşib. Hadisə yerinə fövqəladə və kommunal xidmətlər cəlb olunub.

Qeyd edək ki, günün əvvəlində Moskvaya yaxın Naro-Fominsk rayonunda da yağıntılar nəticəsində daha bir körpü uçmuşdu. Nəticədə Alekssino kəndinin bir hissəsi və “Vereyskoye” ilə “İsma” bağ sahələri əlaqəsiz vəziyyətdə qalıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər