Rusiyada 45 dəqiqə ərzində beş zəlzələ baş verdi

Rusiyada 45 dəqiqə ərzində beş zəlzələ baş verdi
21.07.2025 23:13 Dünya

Rusiyanın Kamçatka diyarında cəmi 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ qeydə alınıb.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələlərin maqnitudası 5,3; 5,2; 5,1 və iki halda 4,8 bal təşkil edib.

Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər