Rusiya Yaponiya vətəndaşları ilə bağlı qərarları ləğv etdi

Dünya

02.01.2026 18:45

Rusiya Xarici İşlər Nazirliyi reabilitasiyası ləğv edilən Yaponiya vətəndaşlarının adlarını açıqlayıb.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğu 2025-ci ilin aprel–noyabr ayları arasında 1980–2000-ci illərdə qəbul edilmiş Yaponiya vətəndaşlarına dair reabilitasiya qərarlarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Açıqlamaya əsasən, reabilitasiyası ləğv edilən şəxslərin siyahısına Masaiçiro Kadoma, Tatsuo Maruyama, Hiroşi Momma, Hatsuo Nyoka, Yoshizumi Nihei, Haruju Ono, Yasuhide Sato, Junichi Toriumi, Seichi Matsui, Imao Matsuta və digər adlar daxildir.

XİN-in məlumatında bildirilir ki, sözügedən şəxslər SSRİ-yə qarşı təxribat və kəşfiyyat fəaliyyəti ilə bağlı işlərdə adı keçən şəxslərdir. Qeyd olunur ki, məhkəmə instansiyalarında aparılan baxış nəticəsində onların reabilitasiyaya uyğun olmadığı qənaətinə gəlinib.

Rusiya tərəfi bildirir ki, qərar kassasiya və nəzarət məhkəmələrində aparılan araşdırmaların nəticələrinə əsaslanır.

Jalə Rövşən 

TodayPress TV

tag: Rusiya,Yaponiya ,Rusiya Xarici İşlər Nazirliyi ,Reabilitasiya ,Todaypress.tv,