Rusiya və İran müdafiə nazirləri Moskvada görüşdü

Rusiya və İran müdafiə nazirləri Moskvada görüşdü
21.07.2025 20:20 Dünya

İranın müdafiə naziri Əziz Nəsirzadə Moskvada rusiyalı həmkarı Andrey Belousovla görüşüb, tərəflər hərbi sahədə əməkdaşlığı müzakirə ediblər.

TodayPress TV  xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

“Görüşün məqsədi müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi idi”, - o İRNA-ya müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Nəsirzadə iyulun 20-də İranın Ali Rəhbərinin müşaviri Əli Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə Kremldə görüşündə də iştirak edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər