Rusiya-Ukrayna sülhündə ən böyük düyün - ABŞ çıxış yolu axtarır

Rusiya-Ukrayna sülhündə ən böyük düyün - ABŞ çıxış yolu axtarır
13.09.2026 10:29 Dünya

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kuşner Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında ən çətin məsələnin ərazi olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, tərəflərin bu məsələdə mövqeləri hələ də bir-birindən fərqlənir. Kuşner qeyd edib ki, hətta tərəflər ərazi məsələsində razılığa gəlməyə hazır olsalar belə, sazişin digər hissələrinin də formalaşdırılması lazımdır.

“Bizim vasitəçilər kimi vəzifəmiz Ukraynanın maraqlarını pozmayan yaradıcı həll yolu tapmaqdır”, – deyə o bildirib.

Kuşnerin sözlərinə görə, Ukrayna hazırda Rusiya Prezidenti Vladimir Putinin irəli sürdüyü ərazi tələblərinə uyğun geri çəkilməyə hazır deyil. ABŞ isə tərəfləri müharibədən sülhə keçməyə təşviq edəcək həll yolu axtarır.

O əlavə edib ki, ABŞ-nin əsas məqsədi Rusiya və Ukraynanın davamlı sülh sazişi imzalamasına nail olmaqdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər