Rusiya neftinə 500%-lik rüsumun zərəri açıqlandı
Dünya
28.05.2025 18:50
“Rusiya enerji daşıyıcılarına qarşı təklif olunan 500%-lik gömrük rüsumları təkcə Moskvanı deyil, bütün dünyanı iqtisadi baxımdan çətin vəziyyətə sala bilər”.
TodayPress TV xəbər verir ki, bu barədə “VEB.RF”in baş iqtisadçısı Andrey Klepaç “Tsargrad.tv”yə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, hazırda Rusiya neftinin əsas ixrac marşrutlarından biri Çindən çox Hindistandır və belə rüsumlar tətbiq olunsa, Dehlinin enerji təchizatı sual altına düşə bilər.
“Teorik olaraq hasilatı artırmaq mümkündür – məsələn, Səudiyyə Ərəbistanı və digər ölkələr buna qadirdir. Amma bu, qaçılmaz olaraq dünya bazarında qiymətlərin kəskin artmasına gətirib çıxaracaq. Bənzər vəziyyət 2022-ci ildə yaşandı – qazın qiyməti rekord həddə yüksəldi, halbuki ümumi tədarük həcmi azalmışdı”, – deyə Klepaç bildirib.
Ekspert əlavə edib ki, sanksiyalar hər iki tərəfi vuran “ikiüzlü silah”dır. Rusiya ilə yanaşı, bu addımı atan ölkələr də ciddi iqtisadi zərər görə bilər.
Qiymət Mahir
tag: Rusiya ,Enerji,Neft,Moskva,todaypress.tv,