Türkiyədə cinayətkar qruplara qarşı əməliyyat: 11 nəfər həbs edildi
Dünya
27.08.2025 13:35
Türkiyənin İstanbul şəhərində cinayətkar qruplara qarşı keçirilən əməliyyatlar nəticəsində saxlanılan 24 nəfərdən 11-i məhkəmənin qərarı ilə həbs olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, İstanbul Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşları cinayətkar qrupların ifşa edilməsi və şübhəlilərin yaxalanması məqsədilə əməliyyat keçirib. Araşdırmalar zamanı 15-26 avqust tarixləri arasında şəhər ərazisində obyektlərə atəş açmaq, hədə-qorxu, soyğunçuluq, qəsdən xəsarət yetirmə, qanunsuz silah istehsalı və qaçaqmalçılıq kimi cinayətlərdə iştirak edən şəxslərin kimlikləri və ünvanları müəyyən edilib.
6 rayonda həyata keçirilən əməliyyatlarda, ümumilikdə 8 cinayət hadisəsində iştirak edən və bir gözəllik salonuna qarşı planlaşdırılan hücumda əli olduğu müəyyən edilən 24 şübhəli saxlanılıb.
Polis idarəsindəki ilkin dindirilmələrdən sonra məhkəməyə çıxarılan 18 nəfərdən 11-i həbs edilib, 5-i barəsində məhkəmə nəzarət tədbiri seçilib, 2 nəfər isə sərbəst buraxılıb.
Hazırda 6 nəfərin istintaq tədbirləri davam etdirilir.
Aysel Mətləb
tag: Türkiyə,Cinayətkar,Əməliyyat,Saxlanılma,Todaypress.tv,