Qəzzaya yardım aparan donanma dron hücumu barədə məlumat yaydı
Dünya
24.09.2025 09:54
Qlobal Sumud Donanmasının (GSF) təşkilatçıları Yunanıstan yaxınlığında hərəkətdə olan bəzi gəmilərinin naməlum partlayışlar və pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildiriblər.
TodayPress TV "The Guardian" a istinadən xəbər verir ki, təşkilatın bəyanatında bir neçə dronun müşahidə edildiyi, bəzi gəmilərlə rabitənin kəsildiyi və partlayış səslərinin eşidildiyi qeyd olunub.
Alman hüquq müdafiəçisi Yasemin Acar sosial şəbəkədə paylaşdığı videoda beş gəminin hədəf alındığını deyib.
Braziliyalı fəal Thiago Avila isə dörd gəminin dron atan qurğular tərəfindən vurulduğunu iddia edib.
Donanmanın rəsmi səhifəsində yayılan görüntülərdə də partlayış anları əks olunub.
Qeyd edək ki, GSF avqustun sonunda Barselonadan çıxaraq “Qəzzanın mühasirəsini yarmaq” məqsədi ilə yola düşüb. Hazırda donanmanın əksər hissəsi Yunanıstanın Krit arasındadır.
İsrail tərəfi isə açıqlamasında bildirib ki, donanmanın Qəzzaya çatmasına icazə verilməyəcək.
Xatırladaq ki, bu, il ərzində belə bir təşəbbüsün qarşısının alınması ilə bağlı üçüncü hadisədir.
Jalə Rövşən
tag: Qəzza,Qlobal Sumund Donanması,İsrail,TodayPressTV,
