Estoniya Baltik dənizində “Jaguar”ı saxladı

Dünya

16.05.2025 11:58

Estoniya Hərbi Dəniz Qüvvələri Baltik dənizində “Jaguar” tankerini saxlamağa cəhd göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vahur Karus "Delfi" nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tanker əvvəllər bir neçə dəfə pirat zonalarından keçib, əsasən Qırmızı dəniz və Hind okeanında fəaliyyət göstərib. Karus əlavə edib ki, tankerin Estoniyanın kritik infrastruktur obyektləri üzərində hərəkət etdiyi zaman ordunun vəzifəsi onu izləmək olub.

Məlumata əsasən, gəminin ekipajı əsasən Hindistan və Filippin vətəndaşlarından ibarət olub.

Qeyd edək ki, hadisə 14 may axşamı baş verib. Belə ki, Estoniya Hərbi Dəniz Qüvvələri Polşa aviasiyasının dəstəyi ilə, beynəlxalq sularda Qabon bayrağı altında Rusiyaya doğru hərəkət edən “Jaguar” tankerini saxlamağa cəhd edib.

Lakin daha sonra bəlli olub ki, bu cəhd Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Su-35" qırıcısı tərəfindən qarşısı alınaraq dəf edilib.

Töhfə Səməd

tag: Estoniya ,Hərbi Dəniz Qüvvələri,Baltik,Jaguar,todaypress.tv,