Netanyahu: “Vədim yerinə yetirildi”
Dünya
22.06.2025 11:15
ABŞ-nin İrana endirdiyi hava zərbələrindən sonra İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətlə çıxış edib və İranın nüvə proqramının zərərsizləşdirildiyini bəyan edib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu bu çıxışında hərbi əməliyyatın (13 iyundan başlayan İsrailin İrana hücumlar seriyası) tarixi nəticələr verdiyini bildirib:
“Əziz israillilər, qardaşlarım və bacılarım, əməliyyatın başlanğıcından sizə söz vermişdim ki, İranın nüvə obyektləri istənilən yolla məhv ediləcək. Bu vəd artıq yerinə yetirilib”.
Baş nazir bildirib ki, ABŞ-nin həyata keçirdiyi əməliyyat nəticəsində İranın İsfahan, Natanz və Fordodakı üç əsas nüvə obyekti vurulub. Onun sözlərinə görə, bu zərbələr ABŞ Silahlı Qüvvələri və İsrail Müdafiə Ordusu arasında “tam operativ koordinasiya” ilə icra olunub.
Netanyahu əlavə edib ki, bu tədbirlər şəxsən onun və ABŞ prezidenti Donald Trampın razılaşdırdığı plan əsasında həyata keçirilib:
“Bu proqram təkcə bizim mövcudluğumuza deyil, bütün dünyanın sülhünə təhdid idi”.
Qiymət Mahir
tag: Netanyahu,ABŞ,Natanz,İsfahan,Todaypress.tv,