Polşa Macarıstandakı səfirini geri çağırdı

Dünya

17.07.2025 17:14

Polşa Xarici İşlər Nazirliyi keçmiş ədliyyə nazir müavini Marçin Romanovskinin Macarıstan tərəfindən siyasi sığınacaqla təmin olunmasına etiraz olaraq Budapeştdəki səfirini geri çağırmaq qərarını rəsmiləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Polşanın Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski “PAP” agentliyinə açıqlamasında təsdiqləyib.

“15 iyul tarixində Sebastyan Kençek öz fəaliyyətini başa çatdırdı və artıq Polşanın Macarıstandakı səfiri deyil”, – deyə Vronski bildirib.

Onun sözlərinə görə, bundan sonra Polşa Macarıstanda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq. Diplomat əlavə edib ki, Varşavanın bu münasibətlərin uzunmüddətli perspektivdə necə davam etdiriləcəyi ilə bağlı qərarı hələlik məlum deyil.

Qiymət Mahir

tag: Polşa , Marçin Romanovski,Macarıstan ,Pavel Vronski,Sebastyan Kençek,Todaypress.tv,