İsveç Ukraynaya yardım paketi ayırdı
Dünya
29.09.2025 14:05
İsveç hökuməti Ukraynaya dəstək məqsədilə 1,145 milyard kron (təxminən 122 milyon dollar) dəyərində yeni mülki yardım paketi ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə hökumətin rəsmi məlumatında bildirilib.
Yardım paketi əsasən Ukraynanın ən təcili ehtiyaclarını qarşılamağa yönəlib. Paketə enerji, mənzil, səhiyyə, minalardan təmizləmə, qaçqınlara dəstək və müstəqil medianın dəstəklənməsi kimi sahələr daxildir. Bu məbləğin 145 milyon kronu (təxminən 15,4 milyon dollar) humanitar yardım üçün nəzərdə tutulub.
İsveç hökumətinin məlumatına görə, ölkənin Ukraynaya ümumi mülki dəstəyi 2025-ci ilə qədər 9 milyard krona (təxminən 958 milyon dollar) çatacaq. Bu, İsveçin ümumi inkişaf yardımı büdcəsinin 16%-ni təşkil edəcək.
Maliyyələşdirmənin artırılması digər ölkələrə edilən yardımların azaldılması və ya dayandırılması hesabına mümkün olub.
Türkan İsgəndərli
tag: İsveç,Ukrayna,Yardım,Paket,Todaypress.tv,
