Rusiya Fransanı tənqid etdi

Rusiya Fransanı tənqid etdi
27.05.2025 15:43 Dünya

"Fransa Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edir".

TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Fransa xarici işlər naziri Jan-Noel Barrot yalan danışır. Çünki Fransanın verdiyi uzaqmənzilli raketlər Ukrayna tərəfindən Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunur. 

Lavrov həmçinin Fransanın “Azadlıq, bərabərlik, qardaşlıq” devizini xatırladaraq bildirib ki, Paris dünyada insan haqlarından danışır, lakin bu prinsiplər Ukrayna münaqişəsi məsələsində tətbiq olunmur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər