Rubio Parisə gedir: Qəzzanın taleyi müzakirə olunacaq
Dünya
08.10.2025 17:42
ABŞ dövlət katibi Marko Rubio Qəzzada hakimiyyətin keçidi ilə bağlı Paris görüşündə iştirak edəcək.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubionun sabah Parisdə Avropa, Ərəb və digər ölkələrin nümayəndələrinin iştirakı ilə Qəzzada hakimiyyətin keçidi məsələsinə həsr olunmuş görüşdə iştirak edəcəyi gözlənilir.
“The Times of Israel”in üç diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, toplantının məqsədi ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü keçid planının həyata keçirilmə mexanizmini və iştirakçı ölkələrin bu prosesdəki öhdəliklərini müzakirə etməkdir.
Bildirilib ki, Paris görüşü Misirin Şarm əl-Şeyx şəhərində İsrail, HƏMAS və vasitəçilər arasında davam edən danışıqlarla paralel keçiriləcək.
ABŞ-nin Parisdəki səfirliyi məsələ ilə bağlı hələlik şərh verməyib.
Jalə Rövşən
tag: Marko Rubio,Qəzza,Paris,ABŞ ,Todaypress.tv,
