Pələnglər altı nəfəri öldürdü

Dünya

18.07.2025 19:15

Hindistanın Uttar Pradeş ştatındakı Pilibhit Vəhşi Təbiət Qoruğunda pələnglər iki ay ərzində altı nəfəri öldürüb. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Sonuncu hadisə Fulhar kəndində baş verib. 45 yaşlı fermer Dayarama evindən cəmi 25 metr aralıda pələngin hücumuna məruz qalıb. Vəhşi heyvan onun boğazından dişləyib və meşəyə qaçıb. Fermerin qışqırığını eşidən yaxınları hadisə yerinə çatsalar da, onu xilas etmək mümkün olmayıb.

Bu faciə kənd sakinləri arasında ciddi narahatlıq və etirazlara səbəb olub. Onlar meşə idarəsini səhlənkarlıqda və vətəndaşları vəhşi heyvanlardan qorumamaqda ittiham edirlər. Qeyd olunur ki, Dayaramaya edilən hücum mayın 14-dən bəri bu ərazidə baş verən altıncı belə hadisədir. Fulhar kəndi qoruğun sərhədindən cəmi beş kilometr aralıda yerləşir və pələnglərin kəndə gəlməsi asan olur.

Türkan İsgəndərli

tag: Hindistan,Pələng,Hücum,Qoruq,Todaypress.tv,