Trampdan Tayvanla bağlı mövqe gözlənilir
Dünya
09.10.2025 18:45
"ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Tayvan məsələsində mövqeyini açıq şəkildə müəyyənləşdirməli olacaq".
TodayPress TV xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti yazır.
Nəşrin məlumatına görə, Tayvan hakimiyyəti ABŞ-nin müdafiəsinə ümid edir. Ada rəhbərliyi bunun əvəzində Vaşinqtona sadiqlik nümayiş etdirərək Rusiya neftinin idxalını dayandırıb və Arizonada 165 milyard dollarlıq yarımkeçirici zavodunun tikintisinə sərmayə yatırmağa razılıq verib.
Bununla belə, Çin Xalq Respublikası “vahid Çin” konsepsiyasını reallaşdırmaq üçün planlı şəkildə addımlar atır. “Vzqlyad” yazır ki, Pekin hərbi müdaxilədən daha çox, məsələnin siyasi yolla həllini üstün tutur və Trampdan Tayvanın Çin ərazisi kimi tanınmasını gözləyir.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Tayvan ,Çin ,Todaypress.tv,
