Rubio: "Maduro narkokartelə rəhbərlik edir"

Rubio: "Maduro narkokartelə rəhbərlik edir"
27.07.2025 17:45 Dünya

ABŞ-nin dövlət katibi Marko Rubio Venesuela Prezidenti Nikolas Maduronun narkokartelə rəhbərlik etdiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

"Maduro narkoterrorçu təşkilat olan "Los Soles" kartelinin başçısıdır. Bu kartel ölkəni zəbt edib. Maduro ABŞ-yə narkotik maddələrin tədarükündə ittiham olunur", - deyə Rubio əlavə edib.

Xatırladaq ki, ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin rəhbərlik etdiyi administrasiya 28 iyul 2024-cü il tarixində Venesuelada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayıb. Həmin seçkilərdə Maduro qalib elan olunsa da, Vaşinqton onun rəqibi, müxalif namizəd Edmundo Qonsalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıdığını bəyan edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər