Ramzan Kadırov ölümlə üz-üzədir? - İddialara SON QOYULDU

Ramzan Kadırov ölümlə üz-üzədir? - İddialara SON QOYULDU
27.05.2025 16:33 Dünya

Son vaxtlar Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti və siyasi gələcəyi ilə bağlı yayılan məlumatlar ictimai və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. 

TodayPress TV “Haber Global”a istinadən xəbər verir ki, sosial mediada və bəzi xəbər mənbələrində onun xəstə olduğu, yeriyə bilmədiyi və həyatını itirmək üzrə olduğu iddiaları yer alıb.

Kadırov bu iddialara öz “Telegram” kanalında cavab verib. O, açıqlamasında ölüm və xəstəlik mövzusunun hər bir insan üçün qaçınılmaz son olduğunu bildirib: 

“Haqqımda şayiələr artır. Guya ölürəm, guya yeriyə bilmirəm. Xəstəlik və ölüm hər kəsin sonudur. Bu bir ölüm təhdidi deyil. Mənim nə qədər yaşayacağımı yalnız Allah bilir. Əgər ömrüm 50, 60 və ya 70 il yazılıbsa, heç kim bu müddəti bir gün belə azalda bilməz”, – deyə o vurğulayıb. 

Lakin maraqlı tərəfi odur ki, bu, Kadırovun səhhəti ilə bağlı iddialara cavab verdiyi ilk belə açıqlama deyil. Belə ki, 2023-cü ildə yenidən yayılan şayiələrə cavab olaraq o, Qroznıda gəzinti zamanı çəkilmiş videosunu paylaşmışdı.

İnternetdə yayılan dezinformasiyalara etibar etməyin təhlükələrinə işarə edən Kadırov, insanları açıq havada gəzintiyə çağırmışdı. 

May ayının əvvəlində isə Kadırov daha bir diqqətçəkən açıqlama ilə gündəmə gəlmişdi. O, Rusiya prezidenti Vladimir Putinə istefa vermək istədiyini bildirdiyini açıqlamışdı. Bildirmişdi ki,  artıq vəzifədən ayrılmağın zamanı çatdığını düşünür və bu qərarın qəbul olunmasına ümid edir.  Lakin Kremlin divarları arxasında baş tutan görüşdən sonra Kadırov bu müraciətinə müsbət cavab ala bilmədiyini etiraf etmişdi. 

Ramzan Kadırovun uzun illərdir Çeçenistanı idarə etdiyi, Moskva ilə yaxın münasibətlərini qoruduğu hər kəsə məlumdur. Lakin son aylarda onun səhhəti ilə bağlı narahatlıqlar, ardınca gələn istefa istəyi və bu fonda Kremlin soyuq reaksiyası müşahidəçilərdə suallar doğurur.   

Bəzi analitiklər bunu sadəcə fiziki yorğunluq və siyasi gediş kimi qiymətləndirir, digərləri isə Kreml daxilində müəyyən balans dəyişikliyinin siqnalı kimi oxuyur. 

Bu isə onun gələcəkdə vəzifədən ayrılması və ya sağlamlıqla bağlı daha ciddi qərarlar verməsi ehtimalını gündəmdə saxlayır. 

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər