Putin Sergey Verşininin dövlət xidmətinin müddətini uzatdı
Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşininin dövlət qulluğundakı müddətini 2026-cı il iyulun 24-dək uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısının imzaladığı sərəncam rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənəddə qeyd edilir:
“Sergey Vasilyeviç Verşininin federal dövlət mülki qulluğundakı müddətinin 24 iyul 2026-cı ilədək uzadılması qərara alınmışdır”.
Qeyd edək ki, Verşininin 71 yaşı iyulun 24-də tamam olur. O, 2018-ci il martın 27-dən etibarən Rusiya XİN rəhbərinin müavini vəzifəsini icra edir. Bundan əvvəl Yaxın Şərq və Şimali Afrika departamentinin rəhbəri olub.
Qiymət Mahir