Putin məşhur blogeri əfv etdi - FOTO
Rusiya Prezidenti Vladimir Putin tanınmış bloger və teleaparıcı Valeriya Çerkalina (Lerçek) barəsində əfv qərarı verib.
TodayPress TV-nin Rusiya mediasına istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, Lerçek xaricə qanunsuz yollarla milyonlarla rubl vəsait köçürülməsi işi çərçivəsində məhkum olunub və ona şərti cəza təyin edilib. Sonradan isə blogerin onkoloji xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Putinin imzaladığı sərəncama əsasən, humanizm prinsipləri nəzərə alınaraq Valeriya Çerkalina 31 iyul 2026-cı il tarixində Moskvanın Qaqarin Rayon Məhkəməsi tərəfindən ona verilmiş cəzadan azad edilib. Həmçinin onun məhkumluğu da ləğv olunub.
Qeyd edək ki, əfv haqqında sərəncam imzalandığı gündən qüvvəyə minib və Kremlin rəsmi internet səhifəsində yayımlanıb.
