Pezeşkian Trampın sözlərindən çaşdı: “Hansına inanaq?”

Pezeşkian Trampın sözlərindən çaşdı: “Hansına inanaq?”
13.09.2026 11:24 Dünya

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarının ziddiyyətli olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Pezeşkian Trampın hər gün fərqli mövqedən çıxış etdiyini deyib.

Onun sözlərinə görə, Tramp bir gün İranı məhv etmək istədiyini bildirir, digər gün isə İranın dostu olduğunu söyləyir. Pezeşkian qeyd edib ki, ABŞ prezidentinin İranla bağlı mövqeyi tez-tez dəyişir və bu səbəbdən Tehranın hansı açıqlamanı əsas götürməli olduğu bəlli deyil.

“Beləliklə, hansı bəyanatı əsas götürməli və buna uyğun hərəkət etməli olduğumuz barədə əmin deyilik. O, hər gün bir şey danışır”, - deyə Pezeşkian bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər