Peskov Rusiyanın ideal böhranından danışdı

Peskov Rusiyanın ideal böhranından danışdı
27.07.2026 20:41 Dünya

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın hazırkı vəziyyətini “ölkənin suverenliyini gücləndirən ideal böhran” kimi qiymətləndirib.

TodayPress TV xəbər verir ki, Peskov bildirib ki, bu böhran cəmiyyətdə birlik hissini möhkəmləndirir.

O, həmçinin qeyd edib ki, informasiya azadlığı yalnız platforma sahiblərinin maraqlarına uyğun olduğu müddətdə mövcuddur. Peskovun sözlərinə görə, Rusiyanın heç vaxt yalnız Qərbə yönəlmiş siyasəti olmayıb və ölkə Şərqlə əməkdaşlıq üçün əvvəldən möhkəm təməl formalaşdırıb.

Kreml sözçüsü əlavə edib ki, Böyük Britaniyada baş nazirlər dəyişsə də, Londonun Rusiyaya münasibəti dəyişmir.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Ermənistanda referendumun mümkün qədər tez keçirilməsinin vacibliyini vurğulayıblar.

O, həmçinin iddia edib ki, Kiyev Almaniya, İran və Qazaxıstana qarşı hücumlar həyata keçirib. Peskov bildirib ki, əvvəllər belə addımlar müharibə elan etmək üçün əsas hesab olunardı.

Kreml sözçüsü sonda vurğulayıb ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq edə biləcəyi yeni sanksiyalar üçün imkanları məhdudlaşıb və mövcud sanksiyalar artıq Avropanın iqtisadiyyatı və sosial sahəsinə mənfi təsir göstərməyə başlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər