Peskov: "Rusiya Qərb şirkətlərinin geri dönməsində maraqlıdır"
"Rusiya Qərb şirkətlərinin ölkə bazarına qayıtmasında maraqlıdır".
TodayPress TV xəbər verir ki, bunu "TASS"a açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində bildirib.
“Düşünürəm ki, bu şirkətlərin geri dönməsində maraqlı olmadığımızı demək yanlış olardı. Dünyanın istənilən iqtisadiyyatı xarici investisiyalarda, yeni texnologiyaların, yeni bilik və bacarıqların ölkəyə gəlməsində maraqlıdır. Bu, çox vacibdir”, - deyə Peskov qeyd edib.
O, Rusiyadan çıxan şirkətlərin geri qayıtma perspektivlərinin də iqtisadi baxımdan əhəmiyyət daşıdığını vurğulayıb.
Töhfə Səməd