Patruşev: “NATO-dan gələn təhlükələr sürətlə artır”

Dünya

26.05.2025 16:09

2

Rusiya prezidentinin köməkçisi, Rusiya Federasiyası Dəniz Kollegiyasının sədri Nikolay Patruşev NATO-dan qaynaqlanan təhlükələrin sürətlə artdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, o, bu fikirləri Ust-Luqa limanının infrastrukturunun inkişafı və təhlükəsizliyinə, eləcə də Baltik dənizində mümkün gəmiçiliyin məhdudlaşdırılması şəraitində nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsinə həsr olunmuş müşavirədə səsləndirib. 

“Bu gün NATO-nun səyləri ilə İkinci Dünya müharibəsindən sonra qurulmuş beynəlxalq təhlükəsizlik arxitekturası dağıdılıb və alyansdan qaynaqlanan təhlükələr sürətlə artır”, – deyə Patruşev vurğulayıb.

O qeyd edib ki, silahlanmaya nəzarət üzrə əsas sazişlər faktiki olaraq qüvvədən salınıb, NATO qüvvələrinin döyüş və kəşfiyyat potensialı, xüsusən də Baltik regionunda hərbi-dəniz iştirakı gücləndirilib.

Qiymət Mahir

tag: Rusiya ,NATO,Nikolay Patruşev ,İkinci Dünya müharibəsi,todaypress.tv,