Almaniyada mədəniyyət xadimləri Mertsə qarşı çıxdı

Dünya

06.08.2025 17:34

Almaniyada daha 160 mədəniyyət nümayəndəsi Almaniya kansleri Fridrix Mertsə ünvanlanan açıq məktubu imzalayıb. Beləliklə, Qəzza zolağındakı humanitar böhranla bağlı İsrailə təzyiq göstərilməsini tələb edənlərin ümumi sayı 360 nəfəri keçib.

TodayPress TV xəbər verir ki, bu barədə "ARD" telekanalı məlumat yayıb.

Məktuba imza atanlar arasında məşhur musiqiçilər Nina Çuba, Klueso, rejissor Fatih Akın, aktrisalar İvon Katterfeld və Katarina Böhm kimi tanınmış adlar var.

Məktubda imza atanlar Almaniya hökumətindən İsrailə silah tədarükünü dayandırmağı, Aİ ilə İsrail arasındakı assosiasiya sazişinin dayandırılmasını dəstəkləməyi, Qəzzada dərhal atəşkəsin elan edilməsini və humanitar yardımın təmin edilməsini tələb edirlər.

Onlar həmçinin HƏMAS tərəfindən saxlanılan girovlarla bağlı bütün mümkün siyasi və diplomatik addımların atılmasını istəyirlər.

Qeyd edək ki, bu təşəbbüs ilk dəfə iyulun 31-də yayımlanıb. 

Türkan İsgəndərli

tag: Merts,Almaniya,Mədəniyyət,Xadim,Todaypress.tv,