Tusk: "Hava məkanımızı pozan obyektlər vurulacaq"
Dünya
22.09.2025 18:12
"Ölkənin hava məkanını pozan və təhlükə yaradan obyektlər vurulacaq"
TodayPress TV "France24"ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk mətbuat konfransındakı çıxışında deyib.
“Uçan obyektlər ərazimizi pozduqları və Polşa üzərindən uçduqları halda onları vurmaq qərarına gələcəyik - bu barədə heç bir müzakirə ola bilməz”.
Baş nazir qeyd edib ki, şübhəli vəziyyətlərdə ehtiyatlı davranmaq vacibdir.
Onun sözlərinə görə, Rusiya qırıcılarının Petrobaltik qazma platforması üzərində uçuşu zamanı ərazi suları pozulmasa da, tələskən addımlar münaqişəni kəskinləşdirə bilər.
Xatırladaq ki, Estoniya da ötən cümə günü üç rus qırıcısının hava məkanını pozduğunu açıqlayıb. Bu iddialar NATO üzvləri arasında Moskvanın alyansın qətiyyətini sınadığı barədə narahatlıq yaradıb.
Rusiya isə bəyan edib ki, Estoniya hava məkanının pozulması barədə iddialar yalandır və yalnız gərginliyi artırmaq məqsədi daşıyır.
Tusk əlavə edib ki, hərbi gərginliyin artacağı halda Polşanın tək olmayacağına və müttəfiqlərinin eyni mövqedən çıxış edəcəyinə tam əmin olmalıdır.
Jalə Rövşən
tag: Polşa,Rusiya,Donald Tusk,Qırıcı,Todaypresstv,
